Şəhid Gülməliyev Ağamirzə Ağabəy oğlunun Xatirəsinə həsr olunmuş tədbir kecirildi.
Vətən Sevənlər İctimai birliyinin Sədri Surə Məmmədovanın və Şairlər ocağı Ədəbi məclisinin rəhbəri Gülmaya Feyruz qızının təşkilatcılığı ilə Qızıldaş qəsəbəsinin Şanqar kəndində Şəhid Gülmaliyev Ağamirzə Ağabəy oğlunun Xatirəsinə həsr olunmuş tədbir kecirildi.
Vətən Sevənlər İctimai birliyinin sədri Surə Məmmədova və Şairlər ocağı Ədəbi məclisinin rəhbəri Şairə Gülmaya Feyruz qızının təşkilatcılığı ilə Bakının Qızıldaş qəsəbəsinin Şanqar kəndində 44 günlük Qarabağ müharibəsinin Şəhidi Gülmaliyev Ağamirzə Ağabəy oğlunun Xatirəsinə həsr olunmuş tədbir kecirildi. Tədbirdə əsasən Şairlər, Vətən Sevənlər və şəhidin AİLƏ üzvüləri iştirak etdilər. Tədbir şəhidin ev muzeyinin ziyarət edilməsi ilə başlandı. Daha sonra Şanqar kənd qəbiristanlığında şəhidin Məzarı ziyarət edildi. Məzarı üstünə tər Qərənfillər qoyuldu. Tədbir cərcivəsində Şəhid Gülməliyev Ağamirzə Ağabəy oğlunun qəhrəmanlığına həsr olunmuş şerlər səsləndirildi. Vətən Sevənlər İctimai birliyinin sədri Surə Məmmədova tərəfindən İctimai birlik tərəfindən təsis edilmiş Fəxri Fərman şəhid ailəsinə (ölümündən sonra) təqdim edildi. Şəhidin əziz xatirəsini yaşatmaq məqsədi ilə tədbir iştirakçıları tərəfindən cıxışlar olundu. Xatirə şəkilləri cəkildi.Şəhid ailəsi bu tədbirin təşkil olunmasını şəhidin xatirəsinin əziz tutulmasını özlərində bir təsəlli hissi olaraq ürəklərində hər zaman yaşayacağını söylədilər. Ruhun şad olsun Qəhrəman Şəhid.