AZ Azərbaycan xəbərləri 16.10.2026 • 15:31
VƏTƏNSEVƏNLƏR
Azərbaycan və dünya gündəmindən ən son xəbərlər
Şəhid Allahverdi Allahverdiyevin 6-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Vətənpərvərlik

Şəhid Allahverdi Allahverdiyevin 6-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

📅 29.09.2026 • 16:57 👁 153 baxış
✍️ Müəllif: Baş Admin
Bakı. Vətənsevənlər:
Vətən Sevənlər İctimai Birliyinin sədri Surə Məmmədova və Birliyin digər üzvləri şəhid Allahverdiyev Allahverdi Əli oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar keçirilən anım tədbirində iştirak ediblər.

Anım tədbiri çərçivəsində şəhidin ev-muzeyi və məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin müəllimləri, doğmaları, Vətən Sevənlər İctimai Birliyinin üzvləri və digər iştirakçılar iştirak ediblər.

Anım mərasimində şəhidin müqəddəs ruhuna dualar oxunub, onun əziz xatirəsinə şeirlər səsləndirilib. Tədbir iştirakçıları şəhidin keçdiyi həyat və qəhrəmanlıq yolu barədə fikirlərini bölüşüblər. Daha sonra xatirə şəkilləri çəkilib.

Tədbirin sonunda bütün iştirakçılar şəhidin ata ocağında təşkil olunan ehsan süfrəsinə dəvət ediliblər.

Allah şəhidimiz Allahverdi Allahverdiyevə rəhmət eləsin.
Ruhun şad olsun, qəhrəman şəhidimiz! 🇦🇿

Fotolar

Video

Xəbəri paylaş