AZ Azərbaycan xəbərləri 16.10.2026 • 15:31
VƏTƏNSEVƏNLƏR
Azərbaycan və dünya gündəmindən ən son xəbərlər
Sabah intensiv yağış yağacaq
Cəmiyyət

Sabah intensiv yağış yağacaq

📅 09.10.2026 • 11:54 👁 37 baxış
✍️ Müəllif: Baş Admin
Bakı. Vətənsevənlər:

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

Qeyd edilib ki, havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.

Məqalədə:
hava proqnozu

Xəbəri paylaş