AZ Azərbaycan xəbərləri 17.10.2026 • 17:14
VƏTƏNSEVƏNLƏR
Azərbaycan və dünya gündəmindən ən son xəbərlər
İtaliyada bu il son 76 ilin “ən isti yay mövsümü” yaşanıb
Dünya

İtaliyada bu il son 76 ilin “ən isti yay mövsümü” yaşanıb

📅 07.09.2026 • 20:30 👁 43 baxış
✍️ Müəllif: Samirə Həbiyeva
Bakı. Vətənsevənlər:

İtaliyada builki yay mövsümünün 1950-ci ildən bəri ən isti yay kimi qeydə alındığı bildirilib.

İtaliya Milli Tədqiqat Şurasının (CNR) bu gün yaydığı yazılı açıqlamada 2026-cı ilin yayının 1950-ci ildən bəri ölkə üzrə “ən isti yay” kimi qeydə alındığı bildirilib.

CNR-nin Bioiqtisadiyyat İnstitutunun tədqiqatçısı Lorenzo Arcidiaco 2026-cı ilin yayında ölkə üzrə yer səthindən iki metr yüksəklikdə orta temperaturun 24,3 dərəcə olduğunu, 2003-cü ilin yayında isə yenə ölkə üzrə və yer səthindən iki metr yüksəklikdə orta temperaturun 23,6 dərəcə qeydə alındığını bildirib.

CNR-in məlumatlarına görə, 2026-cı ilin yanvar-avqust dövründə temperatur əvvəlki ilin eyni dövrü ilə müqayisədə hər ay artıb və ən böyük fərq avqust ayında qeydə alınıb. 2026-cı ilin avqustunda qeydə alınan 25,6 dərəcə Selsi üzrə orta temperatur 1951-1980-ci illərin orta göstəricisi olan 20,4 dərəcədən 5,2 dərəcə, 1991-2020-ci illərin orta göstəricisi olan 22,1 dərəcədən isə 3,5 dərəcə yüksək olub.

İtaliya mətbuatında yayılan xəbərlərdə də ölkədə bu il yay mövsümünün əvvəlindən sonuna qədər 6 fərqli ekstremal isti hava dalğasının ölkənin cənubundan şimalına qədər həftələrlə təsir göstərdiyinə diqqət çəkilərək, 2026-cı ilin yayının 2003-cü ildə rekord kimi qiymətləndirilən hava temperaturlarını geridə qoyduğu vurğulanıb.

Məqalədə:
isti hava

Xəbəri paylaş