

Aşağı Qaraməryəm — Azərbaycan Respublikasının Göyçay rayonunun Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Aşağı Qaraməryəm kəndi Alxasova kənd Sovetinin tərkibinə verilmişdir.[2] 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndi Alxasava kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Kənd rayon mərkəzindən şərqdə, Qaraməryəm tirəsinin cənub yamacında, Yuxarı Şirvan kanalının sol sahilində, İncə, Dövranlı və Qarayazı kəndlərinin yaxınlığında yerləşir.
Əhalisi 909 (2009) nəfərdir.
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, bağçılıq, pambıqçılıq və heyvandarlıqdan ibarətdir.
